Sertifikatların qüvvədə olma müddətinin uzadılması, dayandırılması və ya ləğv edilməsi PROSEDURU
PROSEDURUN TƏSFİRİ
Səriştəlik sertifikatın qüvvədə olma müddətinin uzadılması
Səriştəlik sertifikatın qüvvədə olma müddətinin qurtarılmasına iki aydan az olmayaraq sifarişçi (sertifikatın sahibi) sertifikatın qüvvədə olma müddətinin artırlması üçün Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin Şəxslərin Sertifikatlaşdırılması Orqanına (bundan sonra, Sertifikatlaşdırma Orqanı) sifariş təqdim edir.
ŞSO, alınmış inspeksiya nəzarətinın nəticələri də daxil olmaqla, təqdim olunmuş materialları təhlil edir və sertifikatın qüvvədə olma müddətin uzadılmasının mümkünlüyü barədə və sertifikatın qüvvədə olma müddətin uzadılması ilə bağlı prosedurların yerinə yetirilməsi barədə qərar qəbul edir (o cümlədən səriştəlilik imtahanın verilməsi zərurətini).
Səriştəlik sertifikatın qüvvədə olma müddətinin dayandırılması və ləğv edilməsi
Səriştəlik sertifikatın qüvvədə olma müddətinin dayandırılması və ləğv edilməsi üçün əsas aşağıda göstərilən hallardır:
- Sifarişçinin və ya səriştəlik sertifikatın sahibinin müəyyən olunmuş tələblərə uyğun olmadıqda
- Sertifikatlaşdırılmış şəxs üçün müəyyən olunmuş qaydaların və prosedurların kobud şəkildə pozulması, qeyri-peşəkarlıq nümayiş etdirdikdə
- Əməli fəaliyyətində xeyli fasilə olduqda
- Şəxslərin səriştəliyinə aid təyin olunmuş notmativ tələblərdə dəyişikliklər və yenikliklər edildikdə (əgər namizədin bu tələblərə uyğunluğu təsdiq edilməyib)
- Sifarişçinin kifayət qədər səriştəsi haqqında mənfi informasiyanın gizlədilməsi və hündürlükdə çalışan şəxslərin səriştəliyinə aid təyin olunmuş notmativ tələbləri pozdukda
- Sifarişçinin və ya səriştəlik sertifikatın sahibinin adına dəfələrlə daxil olan əsaslandırılmış narazılıqlar (şikayətlər)
- İnspeksiya nəzarətinin mənfi nəticələri
- Sifarişçinin təftiş nəzarətinin keçirilməsindən və təftiş nəzarətə görə ödəmədən imtina etdikdə
- Sertifikatlaşdırılmış mütəxəssisin sağlamlıq vəziyyətinin pisləşməsi
- Sertifikasiyaya əsassız istinadlar və ya kataloqlarda, nəşrlərdə səriştəlik sertifikatın istifadəsini çaşdıran istinadlar edildikdə və s.
- Sifarişçinin ərizəsi
Səriştəlik sertifikatın dublikatın verilməsi
Sertifikatın dublikatın verilməsi, sifarişçi tərəfindən sertifikatın əslin itirdikdə (yararsız hala gəldikdə), şəxslərin sertifikatlaşdırılması üzrə orqanı ilə bağlanan müqavilə əsasında həyata keçirilir.
Bu halda ərizəçi səriştəlik sertifikatını vermiş şəxslərin sertifikatlaşdırılması orqanını, sertifikatın itirilməsi (yararsız hala düşməsi) barədə məlumatlandırır və səriştəlik sertifikatın dublikatın verilməsi üçün sərbəst formada ərizə göndərir.
Səriştəlik sertifikatın qeyri təyinatı üzrə istifadəsi
“Azerbaijan Quantum and Coaching Cooperation” MMC-nin Şəxslərin Sertifikatlaşdırma Orqanı verilmiş səriştəlik sertifikatların səhibkarı tərəfindən təyinatı üzrə istifadəsinə nəzarət edir. Reklamlarda, kataloqlarda və s. səriştəlik sertifikatların istifadəsində hər hansı yalnış istinad olarsa, sertifikatlaşdırma orqanı belə halları dərhal təkzib edilir və 5.2.bəndinə əsasən tədbilər görülür.
Səlahiyyət və Akkreditasiyalar
- İcazə verilmiş Akkreditasiya Sahəsi
- Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK)
- Sertifikatların qüvvədə olma müddətinin uzadılması, dayandırılması və ya ləğv edilməsi PROSEDURU
- Peşə Səriştəlilik Sertifikatının İstifadəsinə dair (MÜQAVİLƏ) (PDF)
- Şikayətlər və Etirazlar Proseduru (PDF)
- Apelyasilar Proseduru (PDF)