Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin Şəxslərin Sertifikatlaşdırılma Orqanı

Əlaqə üçün

Drag

Sertifikatlaşdırılma Orqanı Haqqında

“Azerbaijan Quantum And Coaching Cooperation” MMC haqqında məlumat

Azerbaijan Quantum and Coaching Cooperation MMC (vöen:1306917041) 08 dekabr 2020-ci il tarixində Allahverdiyeva İlahə Adil qızı və Allahverdiyev Ziya Əli oğlu tərəfindən təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu,  Şəfayət Mehdiyev 136A, m 39 ünvanında, fiziki ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu 113, Old Town Plaza ünvanında yerləşir.

Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin direktoru Allahverdiyeva İlahə Adil qızıdır.

Azerbaijan Quantum and Coaching Cooperation MMC əsas fəaliyyət sahəsi mənəvi şəxsi inkişaf, fərdi şəxs, şirkət, dövlət qrumlarının əməkdaşlarına şəxsi, iş, ailə, təhsil, biznes və s. sahələrdə insan (müştəri) potensialının üzə çıxarılması, yaşam hədəflərinin düzgün müəyyən edilməsi üçün fəaliyyət planı hazırlamaq, müştərinin fəaliyyətə keçməsini təmin edərək fəaliyyət prosesini izləmək, insanın (müştərinin) şəxsi və professional potensialını reallaşdırmağa istiqamətlənmiş fərqindəlik, inkişaf və həll yolu seçimlərini artırmaq və s. bu kimi sahələrdə məsləhətlərin verilməsi üzrə xidmətdir.

Xidmətin Azərbaycan Respublikasının Dövlət Təsnifatı Məşğulluq Təsnifatında təsnifat kodu: 2635 Sosial problemlər və məsləhətlər üzrə peşəkar mütəxəssislərdir.

Xidmətin Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqdisadi fəaliyyət növlərinin siyahısındakı fəaliyyət kodu: 9609011 İnsan potensialının üzə çıxarılması, yaşam hədəflərinin düzgün müəyyən edilməsi və sair bu kimi sahələrdə məsləhətlərin verilməsi üzrə xidmətdir.

Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin tərkibindəki Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən Orqanı sertifikatlaşdırma xidmətlərinin həyata keçirməsi üçün 18 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən AZS ISO/IEC 17024:2024 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair ümumi tələblər” dövlət standartına uyğun akkreditasiya olunmuş, 18 iyul 2028-ci il tarixinə qədər

  1. Kouç üzrə mütəxəssis (Səviyyə 6);
  2. Heyətin təlimi üzrə mütəxəssis (Səviyyə 6)

akkreditasiya sahələri üzrə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

Sertifikatlaşdırma Orqanının rəhbəri Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin direktoru Allahverdiyeva İlahə Adil qızıdır.

Sertifikatlaşdırma Orqanının rəhbərinin müavini, Qiymətləndirmə və İmtahan Komissiyasının sədri Allahverdiyev Ziya Əli oğludur.

Sertifikatlaşdırma Orqanı

Our consultancy excels in providing quick solutions tailored to your business challenges

Səlahiyyət və Akkreditasiyalar

Our consultancy excels in providing quick solutions tailored to your business challenges

Sertifikatlaşdırılan Sahələr

Our consultancy excels in providing quick solutions tailored to your business challenges

Sertifikatlaşma üçün İmtahana Qeydiyyat

Our consultancy excels in providing quick solutions tailored to your business challenges