Həftə içi, saat 9:00-dan 18:00-dək
we are committed to delivering innovative solutions that drive growth and add value to our clients. With a team of experienced professionals and a passion for excellence.

Follow us

Drag

Məxfilik və Qərəzsizlik Siyasəti

Məxfilik və qərəzsizlik Siyasəti

“Azerbaijan Quantum And Coaching Cooperation” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəxslərin Sertifikatlaşdırılmasını Həyata Keçirən Orqanı (bundan sonra – ŞSO) müştərilərlə və ya potensial müştərilərlə bütün münasibətlərində işçilərin qərəzsiz olmasını təmin edəcək. Qərəzsizliyin həm qorunmasını, həm də nümayiş olunmasını təmin etmək üçün aşağıdakı prinsiplər müəyyən edilmişdir.

  • Şəxslərin sertifikatlaşdırılması zamanı sertifikat heç bir maraqların üstünlük təşkil etməməsini təmin etmək üçün səlahiyyətli şəxs tərəfindən təsdiqləndikdən sonra verilir.
  • Qərəzsizliyin həm qorunmasını, həm də nümayiş etdirilməsini təmin etmək üçün ŞSO maraqların toqquşması ilə nəticələnə biləcək və ya qərəzsizlik üçün təhlükə yarada biləcək bütün əlaqələri müəyyən edir və risk kimi qiymətləndirdir.
  • ŞSO heç bir işçisinin müştəridən hədiyyə almasına icazə vermir.
  • Maliyyə və ya kommersiya maraqları olan hər hansı bir şəxsin sertifikatlaşdırılmada, həmin şəxsin sertifikatlaşıdrma üçün qeydiyyatdan keçmək üçün müraciət etmə tarixindən ən azı 2 il müddətində iştirak etmələri qadağandır.
  • Etik siyasətə zidd olan heç bir peşə fəaliyyətindən istifadə etməyəcək.
  • Şəxslərin təlimində təlimçi kimi çıxış edən şəxslərin sertifikatlaşdırma imtahanında və sertifikatlaşdırma qərarının qəbulunda iştirakına yol verməyəcək.
  • Qanunla məxfi məlumatları üçüncü tərəfə verməsi tələb edildiyi hallda, müştəri və ya aidiyyəti olan şəxs təqdim olunan məlumatlar barədə əvvəlcədən xəbərdar ediləcək.
  • Qanunla qadağan edilən hallar istisna olmaqla, şəxslər barədə məxfi saxlanılmalı olan məlumatlar həmin şəxsin razılığı olmadan heç bir halda üçüncü tərəfə verilməyəcək.
  • Bütün işçilər, Subpodratçılar, Direktor və Komitə Üzvlərindən ŞSO-nun məxfilik siyasəti ilə razılaşmaq və məxfilik bəyannaməsi imzalayacaqdır. Subpodratçılar eyni zamanda məxfiliyin qorunması məsuliyyətini özündə ehtiva edən müqavilə imzalayacaqlar.