Həftə içi, saat 9:00-dan 18:00-dək
we are committed to delivering innovative solutions that drive growth and add value to our clients. With a team of experienced professionals and a passion for excellence.

Follow us

Drag

İmtahan TƏLİMATI

Kouç (Səviyyə 6) İmtahan Təlimatı

ƏHATƏ DAİRƏSİ VƏ MƏQSƏD

Bu təlimat, Kouç (Səviyyə 6) Peşə  Səriştəlilik Sertifikatlaşdırma imtahanına müraciət edən namizədin sertifikatlaşdırılması məqsədilə keçiriləcək imtahan üçün əsas şərtləri, səriştəlilik sahəsini, imtahan qaydalarını, qəbul şərtlərini və sertifikatlaşdırma prosesi barədə məlumat verməkdir.

TƏTBİQ

Peşə Səriştəlilik Üçün Müraciət Şərtləri

Kouç (Səviyyə 6) Peşə  Səriştəlilik Sertifikatlaşdırma imtahanına müraciət üçün ilkin səriştəlilik şərti tələb olunmur.

Qiymətləndirmə və Dəyərləndirmə Şərtləri

Kouç (Səviyyə 6) Peşə Səriştəlilik Sertifikatını əldə etmək istəyən namizədlər, bölmələrdə müəyyən olunmuş nəzəri və qabiliyyətə əsaslanan imtahanlardan keçməlidirlər. Namizədlərin səriştəlilik sertifikatını əldə edə bilməsi üçün nəzəri və qabiliyyətə əsaslanan imtahanların ikisindən də uğurla keçməsi vacibdir. Səriştəlilik bölmələrindəki nəzəri və qabiliyyətə əsaslanan imtahanlar, hər bir bölmə üzrə ayrıca keçirilə biləcəyi kimi, birgə də təşkil oluna bilər. Lakin hər bir bölmənin qiymətləndirilməsi müstəqil şəkildə aparılmalıdır. Səriştəlilik bölmələrinin etibarlılıq müddəti, bölmənin uğurla keçirildiyi tarixdən etibarən 2 ildir. Səriştəlilik bölmələrinin birləşdirilərək bir səriştəliliyin əldə edilə bilməsi üçün bütün bölmələrin etibarlılığının qorunması zəruridir.

ƏTRAF MÜHİTİN QORUNMASI, İŞİN TƏŞKİLİ, KEYFİYYƏTLİ VƏ PEŞƏKAR İNKİŞAF

Çoxseçimli Sualların İmtahanı (T1): Nəzəri imtahanda qiymətləndirmə vasitəsi T1 olan meyarlar üçün namizədlərə ən az 35 sualdan ibarət, 5 cavab variantlı və hər biri bərabər bal dəyərində olan test sualları verilir. Çoxvariantlı testlərlə təşkil olunmuş imtahanda boş buraxılmış və ya yanlış cavablandırılmış suallar üçün heç bir şərt tətbiq edilmir. İmtahanda namizədlərə hər bir sual üçün orta hesabla bir dəqiqə vaxt verilir.

T1 imtahanında sualların ən az 80%-nə düzgün cavab verən namizəd uğurlu hesab olunur. İmtahan mövzuları, Sertifikatlaşdırma Orqanının internet saytında ictimaiyyətə açıq şəkildə yerləşdirilmiş, Kouç Səriştəlilik T1 imtahanı ilə ölçülməsi nəzərdə tutulan bütün bilik ifadələrini (Əlavə A1-2) ölçməlidir.

KOUÇLUQ PROSESİNİN QURULMASI VƏ İCRA EDİLMƏSİ

Çoxseçimli Test İmtahanı (T1): Nəzəri imtahanda qiymətləndirmə vasitəsi T1 olan meyarlar üçün namizədlərə ən az 24 sualdan ibarət, 5 cavab variantlı və hər biri bərabər bal dəyərində olan suallar soruşulur. Çoxseçimli test sualları ilə hazırlanmış imtahanda boş buraxılmış və ya yanlış cavablandırılmış suallar üçün heç bir güzəşt tətbiq edilmir. İmtahanda namizədlərə hər sual üçün orta hesabla bir dəqiqə vaxt ayrılır. T1 imtahanında sualların ən azı 80%-nə düzgün cavab verən namizəd uğurlu hesab olunur. İmtahan mövzuları, Sertifikatlaşdırma Orqanının internet saytında ictimaiyyətə açıq şəkildə yerləşdirilmiş, Kouç Səriştəlilik T1 imtahanı ilə ölçülməsi nəzərdə tutulan bütün bilik ifadələrini (Əlavə A2-2) ölçməlidir.

Açıq Tipli İmtahan (T2): Nəzəri imtahanda qiymətləndirmə vasitəsi T2 olan meyarlar üçün də, namizədlərə bu meyarların bütün məzmununu əhatə edəcək şəkildə hazırlanmış və bal dəyərləri meyarın məzmununa və səviyyəsinə uyğun müəyyən olunmuş, açıq tipli ən az 1 sualın istifadə edildiyi yazılı imtahan tətbiq edilməlidir. T2 imtahanı üçün namizədlərə meyar, sualın məzmunu və səviyyə nəzərə alınaraq müəyyən olunmuş vaxt verilir. T2 imtahanında 100 bal üzərindən ən az 80 bal toplayan namizəd uğurlu hesab olunur. İmtahan sualları, Sertifikatlaşdırma Orqanının internet saytında ictimaiyyətə açıq şəkildə yerləşdirilmiş, Kouç Səriştəlilik T2 imtahanı ilə ölçülməsi nəzərdə tutulan bütün bilik ifadələrini (Əlavə A2-2) ölçməlidir.

Kouçluq Prosesi Müştəri Görüşməsi (P1): Namizədin təqdim olunmuş ssenari əsasında kouçluq prosesini qurma və həyata keçirmə bacarığı qiymətləndirilir. Qabiliyyətə əsaslanan imtahanda, namizədin (həqiqi rol aparan) bir müştəri ilə ən az 25 dəqiqə davam edəcək bir görüşmə aparması gözlənilir. Qabiliyyətə əsaslanan imtahan, real və ya real şəraitə uyğunlaşdırılmış iş mühitində, Əlavə A2-2-də yer alan “Bacarıqlar və Səlahiyyətlər” nəzarət siyahısına əsasən həyata keçirilir. Namizədin qabiliyyətə əsaslanan imtahandan uğur qazanması üçün, əhəmiyyətli addımların hamısından uğurla keçməsi və ümumi addımların ən az 80%-ində uğur qazanması tələb olunur. Sertifikatlaşdırma Orqanının internet saytında ictimaiyyətə açıq şəkildə yerləşdirilmiş olan Kouç Səriştəliliyi Bacarıq və səlahiyyət ifadələrinin (Əlavə A2-2) hamısı qabiliyyətə əsaslanan imtahanla ölçülməlidir.

Kouçluq Prosesi Geridönüş Tətbiqi (P2): Namizədin P1 imtahanında həyata keçirdiyi görüşmə ilə bağlı geridönüşlərini imtahan komissiyasına təqdim etmə bacarığı qiymətləndirilir. Təqdimat zamanı qiymətləndirmə edən heyət, bacarıq və səlahiyyətə nəzarət siyahısındakı addımların yerinə yetirilmə səviyyəsinə görə, həmin siyahıya əsaslanan suallar verərək namizədin izahat verməsini təmin edir. Qabiliyyətə əsaslanan imtahan, real və ya reallığa uyğunlaşdırılmış iş mühitində, Əlavə A2-2-də yer alan “Bacarıqlar və Səlahiyyətlər” nəzarət siyahısına əsasən həyata keçirilir. Namizədin bu imtahandan uğur qazanması üçün əhəmiyyətli addımların hamısını uğurla tamamlaması və bütün addımlar üzrə ən az 80% uğur qazanması tələb olunur. Sertifikatlaşdırma Orqanını veb saytında ictimaiyyətə açıq şəkildə yerləşdirilmiş  Kouç  Səriştəliliyi Bacarıq və səlahiyyət ifadələrinin (Əlavə A2-2) hamısı qabiliyyətə əsaslanan imtahan vasitəsilə ölçülməlidir.

Sertifikatın Etibarlılıq Müddəti

Kouç (Səviyyə 6) Peşə Səriştəlilik Sertifikatının etibarlılıq müddəti 2 (iki) ildir.

Sertifikatın Yenilənməsi Şərtləri

2 (iki) illik etibarlılıq müddətinin sonunda, sənəd sahibinin fəaliyyəti aşağıda göstərilən üsullardan ən az biri ilə qiymətləndirilir;

  • 2 illik sənədin etibarlılıq müddəti ərzində, ümumilikdə ən az bir il və ya son altı ay ərzində müvafiq sahədə çalışdığını sübut edən sənədləri (xidməti arayış, tövsiyə məktubu/yazısı, müqavilə, mədaxil qəbzi və s. təqdim etmək;
  • Səriştəlilik daxilində yer alan bölmələr üzrə müəyyən edilmiş tətbiqi imtahanlarda iştirak etmək. Qiymətləndirmə nəticəsində müsbət qərar verilmiş namizədlərin sertifikatlarının etibarlılıq müddəti 2 (iki) il müddətinə uzadılır.

Sertifikatlaşdırma Qərar Prosesi

Müraciət edən şəxslər üçün ölçmə və qiymətləndirmə mərhələsindən sonra sertifikatın təsdiqi, yenilənməsi, əhatə dairəsinin artırılması və ya azaldılması, dayandırılması və ya ləğv edilməsi kimi qərarlar, təşkilatımızın qərarverəni tərəfindən 10 iş günü ərzində qəbul edilir. Sertifikatlaşdırma qərarında heç bir halda xarici mənbədən istifadə edilmir.

Qərarverən, sertifikatlaşdırma qərarını müvafiq Səriştəlilik meyarlarına uyğun olaraq, müraciət edən şəxsin bütün sertifikatlaşdırma prosesinə dair qeydiyyat, sübut və sənədlərini (müraciət, imtahan, ölçmə və qiymətləndirmə mərhələləri) araşdıraraq qəbul edir. Bütün sertifikatlaşdırma şərtləri yerinə yetirilməyənə qədər sertifikat təqdim olunmur.

Etiraz və Şikayət Prosesi

Müraciət edən şəxslər, ölçmə və qiymətləndirmə prosesindən sonra təşkilatımızın qərarverəni tərəfindən qəbul edilmiş sənədin təsdiqi, yenilənməsi, əhatə dairəsinin artırılması və ya azaldılması, dayandırılması və ya ləğv edilməsi qərarlarına, sertifikatlaşdırma qərarının verilməsindən etibarən 10 gün ərzində etiraz və ya şikayət edə bilərlər. Sertifikatlaşdırma qərarına etiraz prosesi, Etiraz və Şikayət Proseduruna əsasən aparılır.

MƏSULİYYƏTLƏR VƏ SƏLAHİYYƏTLƏR

Sertifikatlaşdırma prosesində Müraciətlərin qəbulu, Qiymətləndirilməsi, Sertifikata layiq görülən şəxslərə sənədlərin təqdim olunması, Keyfiyyətə Nəzarət Nümayəndəsi və İnzibati İşlər üzrə Məsul şəxsin təyin edilməsi, Ölçmə və Dəyərləndirmə Prosesini Qiymətləndirmək, Sertifikatlaşdırma barədə qərarın verilməsi yalnız Sertifikatlaşdırma Orqanında sertifikatlaşdırma qərarvericisi kimi təyin olunmuş şəxs tərəfindən həyata keçirilir. Sənədlərin imzalanmasına dair yeganə səlahiyyət sahibi – Baş direktor/Sertifikatlaşdırma Orqanının rəhbəridir.

İmtahan nəticələri, imtahandan sonra ən gec 10 iş günü ərzində açıqlanır. Nəticələr Sertifikatlaşdırma Orqanından öyrənilir.

Namizədlər, sertifikatlaşdırma prosesinə dair irad və təkliflərini, istədikləri zaman Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin Sertifikatlaşdırma Orqanına sso.az vebsaytı və ya telefon nömrələri vasitəsilə çatdıra bilərlər.

Sertifikatlaşdırma prosesi ilə bağlı ediləcək etiraz və şikayətlər, buna səbəb olan hadisənin baş verdiyi tarixdən etibarən 10 gün ərzində edilə bilər. Hüquqi araşdırma tələb edilən hallarda bu müddət nəzərə alınmır və hüquqi araşdırma üçün qüvvədə olan qanuni müddət əsas götürülür. Etiraz və şikayətlərdə, bunun səbəbi aydın şəkildə ifadə edilməli, müraciət edən şəxsin şəxsiyyət və əlaqə məlumatları açıq şəkildə göstərilməlidir.

Bütün etiraz və şikayətlər müvafiq komissiya tərəfindən qiymətləndirilərək, ən gec 30 iş günü ərzində, nəticə haqqında şikayət və ya etiraz sahibinə məlumat verilir.