Kouç üzrə Mütəxəssis (Səviyyə 6) imtahanın rüsumu 850 manatdır. İmtahan rüsumu Sertifikatlaşdırma Orqanının bank hesabına nəğdsiz qaydada ödənilir.
İki mərhələli imtahan: test və qabiliyyət imtahanlarının birindən uğursuz olan namizədin 1 (bir) il müddətində uğursuz olduğu imtahan mərhələsində təkrar olaraq 2 (iki) dəfə ödənişsiz iştirak etmək hüququ var. Bu 1 (bir) il müddət ərzində təkrar 2 (iki) imtahandan da uğursuz olan namizəd imtahan rüsumunu yenidən ödəyərək imtahanda təkrar iştirak edə bilər.
İki mərhələli imtahandan uğurlu olan namizədlər növbəti 2 (iki) il müddətində fəaliyyətlərinə davam edirlər.
Sertifikatların qüvvədə olma müddətinin uzadılması, dayandırılması və ya ləğv edilməsi Proseduruna əsasən sertifikatın (sənədin) növbəti 2 (iki) il müddətinə qüvvədə olma müddətini artırmaq istəyən namizədlər yenidən imtahan rüsumu ödəyirlər. Prosedur ilə saytımızdan tanış ola bilərsiniz.
Əlavə suallarınız yaranarsa bizə yaza bilərsiniz.