Kouç (Səviyyə 6) İmtahan Təlimatı
ƏHATƏ DAİRƏSİ VƏ MƏQSƏD
Bu təlimatın məqsədi Heyətin Təlimi üzrə Mütəxəssisin (Səviyyə 6) Peşə Səriştəlilik Sertifikatlaşdırma imtahanına müraciət edən namizədin sertifikatlaşdırılması üçün keçiriləcək imtahana dair əsas şərtlər, səriştəlilik sahəsi, imtahan qaydaları, qəbul şərtləri və sertifikatlaşdırma prosesi barədə məlumat verməkdir.
TƏTBİQ
Peşə Səriştəlilik Üçün Müraciət Şərtləri
Heyətin Təlimi üzrə Mütəxəssis (Səviyyə 6) Peşə Səriştəlilik Sertifikatlaşdırma imtahanına müraciət üçün ilkin səriştəlilik şərti tələb olunmur.
Qiymətləndirmə və Dəyərləndirmə Şərtləri
Heyətin Təlimi üzrə Mütəxəssis (Səviyyə 6) Peşə Səriştəlilik Sertifikatını əldə etmək istəyən namizədlər, səriştəlilik bölmələrində müəyyən olunmuş nəzəri və qabiliyyətə əsaslanan imtahanlardan keçməlidirlər. Namizədlərin sertifikatı əldə edə bilməsi üçün, səriştəlilik bölmələri üçün nəzərdə tutulmuş imtahanlardan uğurla keçməsi vacibdir. Səriştəlilik bölmələrindəki nəzəri imtahanlar hər bir bölmə üzrə ayrıca keçirilə biləcəyi kimi, birgə də təşkil oluna bilər. Lakin hər bir bölmənin qiymətləndirilməsi müstəqil şəkildə aparılmalıdır. Sertifikatın əldə olunması üçün bütün bölmələrin etibarlılığının qorunması zəruridir.
ƏTRAF MÜHİTİN QORUNMASI, İŞİN TƏŞKİLİ, KEYFİYYƏTLİ VƏ PEŞƏKAR İNKİŞAF
İmtahanın Planlaşdırılması, İmtahan Proqramının Hazırlanmasının Təmin Edilməsi və Prosesin İdarə Edilməsi
Çoxvariantlı Seçimlə Sual İmtahanı (T1): A1 səriştəlilik bölməsinə aid nəzəri imtahan, əlavə A1-2-də yer alan “Biliklərə Nəzarət Siyahısı”na uyğun şəkildə keçirilir. Nəzəri qiymətləndirmə üçün namizədlərə ən az 20 (iyirmi) sualdan ibarət, 5 (beş) cavab variantlı, çoxseçimli və hər biri bərabər bal dəyərinə malik olan yazılı imtahan təqdim edilməlidir. Boş buraxılmış və ya yanlış cavablandırılmış suallar üçün heç bir şərt tətbiq edilmir. İmtahanda namizədlərə hər bir sual üçün orta hesabla 1,5 (bir yarım) dəqiqə vaxt verilir. T1 imtahanında sualların ən az 70%-nə düzgün cavab verən namizəd uğurlu hesab olunur.
İmtahanın Planlaşdırılması, İmtahan Proqramının Hazırlanmasının Təmin Edilməsi və Prosesin İdarə Edilməsi
Çoxvariantlı Seçimlə İmtahan (T1): A2 səriştəlilik bölməsinə aid nəzəri imtahan, əlavə A2-2-də göstərilən Biliklərə Nəzarət Siyahısına əsasən keçirilir. Nəzəri qiymətləndirmə üçün namizədlərə ən azı 30 (otuz) sualdan ibarət, 5 (beş) cavab variantlı, çoxseçimli və hər biri bərabər bal dəyərində olan yazılı imtahan təqdim olunmalıdır. Bu imtahanda boş buraxılmış və ya yanlış cavablandırılmış suallar üçün heç bir güzəşt tətbiqi edilmir. İmtahanda namizədlərə hər sual üçün orta hesabla 1,5 (bir yarım) dəqiqə vaxt ayrılır. T1 imtahanında sualların ən azı 70%-nə düzgün cavab verən namizəd uğurlu hesab olunur.
İmtahanın Planlaşdırılması, İmtahan Proqramının Hazırlanmasının Təmin Edilməsi və Prosesin İdarə Edilməsi – Nümunə hadisə üçün təhlil (P1): P1 qabiliyyət imtahanı tədrisin planlaşdırılması, prosesin idarə edilməsi və proqramın hazırlanması ssenarisinə əsasən həyata keçirilir. İmtahan ssenarisi yazılı və vizual materiallardan (slaydlar, videolar, şəkillər, yazılı təsvirlər və s.) istifadə edilərək hazırlanır və fayl şəklində namizədə təqdim olunur. Namizəd bu fayl üzərində təhlil və qiymətləndirmələr apararaq, nümunə hadisə üçün təhlil əsasında hazırladığı cavabları kompüter, təqdimat lövhəsi və ya digər vasitələrlə (və ya vasitəsiz) qiymətləndirmə edən heyətə təqdim edir. Təqdimat zamanı qiymətləndirmə edən heyət, bacarıq və qabiliyyətə nəzarət siyahısında yer alan addımların yerinə yetirilmə səviyyəsinə görə, bu siyahıya əsasən suallar verərək namizəddən izahat tələb edə bilər. Namizəd, lazımi hazırlıq işlərini imtahan və sertifikatlaşdırma təşkilatının təyin etdiyi texniki şəraitə malik bir məkanda yerinə yetirir. İmtahan və sertifikatlaşdırma təşkilatı, hazırlıq işlərinin birbaşa namizəd tərəfindən həyata keçirilməsini təmin edə biləcək tədbirlər görür. Namizədə, nümunə hadisə üçün təhlilin məzmununa uyğun olaraq, hazırlıq üçün 60 (altmış) dəqiqədən az olmamaqla və real tətbiq şərtləri nəzərə alınmaqla, müəyyən bir müddət verilir. Qabiliyyət imtahanının təqdimat müddəti ən az 30 (otuz) dəqiqədir. Namizədin qabiliyyət imtahanından uğurla keçməsi üçün Bacarıq və Qabiliyyətə Nəzarət Siyahısında göstərilən imtahana dair bütün əsas mərhələləri (namizədə icrası zəruri olan mərhələlər) uğurla yerinə yetirməsi və ümumi olaraq imtahanda minimum 80% uğur qazanması tələb olunur.
SERTİFİKATIN ETİBARLILIQ MÜDDƏTİ
Heyətin Təlimi üzrə Mütəxəssis (Səviyyə 6) Peşə Səriştəlilik Sertifikatının etibarlılıq müddəti 2 (iki) ildir.
Sertifikatın Yenilənməsi Şərtləri
2 (iki) illik etibarlılıq müddətinin sonunda, sertifikat (sənəd) sahibinin fəaliyyəti aşağıda göstərilən üsullardan ən az biri ilə qiymətləndirilir;
- a) 2 illik sənədin etibarlılıq müddəti ərzində, ümumilikdə ən az bir il və ya son altı ay ərzində müvafiq sahədə çalışdığını sübut edən sənədləri (xidməti arayış, tövsiyə məktubu/yazısı, müqavilə, mədaxil qəbzi, və s.) təqdim etmək;
b) Səriştəlilik daxilində yer alan bölmələr üzrə müəyyən edilmiş tətbiqi imtahanlarda iştirak etmək. Qiymətləndirmə nəticəsində müsbət qərar verilmiş namizədlərin sertifikatlarının etibarlılıq müddəti 2 il müddətinə uzadılır.
Sertifikatlaşdırma Qərar Prosesi
Müraciət edən şəxslər üçün ölçmə və dəyərləndirmə mərhələsindən sonra sertifikatın verilməsi, yenilənməsi, əhatə dairəsinin artırılması və ya azaldılması, dayandırılması və ya ləğv edilməsi kimi qərarlar, Sertifikatlaşdırma Orqanının qərarverəni tərəfindən 10 iş günü ərzində qəbul edilir. Sertifikatlaşdırma qərarında heç bir halda xarici mənbədən istifadə edilmir.
Qərarverən, sertifikatlaşdırma qərarını müvafiq Səriştəlilik meyarlarına uyğun olaraq, müraciət edən şəxsin bütün sertifikatlaşdırma prosesinə dair qeydiyyat, sübut və sənədlərini (müraciət, imtahan, ölçmə və qiymətləndirmə mərhələləri) araşdıraraq qəbul edir. Bütün sertifikatlaşdırma şərtləri yerinə yetirilməyənə qədər sertifikat təqdim olunmur.
Etiraz və Şikayət Prosesi
Müraciət edən şəxslər, ölçmə və qiymətləndirmə prosesindən sonra Sertifikatlaşdırma Orqanının qərarverəni tərəfindən qəbul edilmiş sənədin təsdiqi, yenilənməsi, əhatə dairəsinin artırılması və ya azaldılması, dayandırılması və ya ləğv edilməsi qərarlarına, sertifikatlaşdırma qərarının verilməsindən etibarən 10 gün ərzində etiraz və ya şikayət edə bilərlər. Sertifikatlaşdırma qərarına etiraz prosesi, Etiraz və Şikayət Proseduruna əsasən aparılır.
MƏSULİYYƏTLƏR VƏ SƏLAHİYYƏTLƏR
Sertifikatlaşdırma prosesində Müraciətlərin qəbulu, Qiymətləndirilməsi, Sertifikata layiq görülən şəxslərə sənədlərin təqdim olunması, Keyfiyyətə Nəzarət Nümayəndəsi və İnzibati İşlər üzrə Məsul şəxsin təyin edilməsi, Ölçmə və Dəyərləndirmə Prosesini Qiymətləndirmək, Sertifikatlaşdırma barədə qərarın verilməsi yalnız Sertifikatlaşdırma Orqanında sertifikatlaşdırma qərarvericisi kimi təyin olunmuş şəxs tərəfindən həyata keçirilir. Sənədlərin imzalanmasına dair yeganə səlahiyyət sahibi – Baş direktor/Sertifikatlaşdırma Orqanının rəhbəridir.