Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin Şəxslərin Sertifikatlaşdırılma Orqanı

Əlaqə üçün

Drag

İmtahan Rüsumu və Ödəniş

Heyətin Təlimi üzrə Mütəxəssis (Səviyyə 6) imtahanın rüsumu 850 manatdır. İmtahan rüsumu Sertifikatlaşdırma Orqanının bank hesabına nəğdsiz qaydada ödənilir.

İki mərhələli imtahan: test və qabiliyyət imtahanlarının birindən uğursuz olan namizədin 1 (bir) il müddətində uğursuz olduğu imtahan mərhələsində təkrar olaraq 2 (iki) dəfə ödənişsiz iştirak etmək hüququ var. Bu 1 (bir) il müddət ərzində təkrar 2 (iki) imtahandan da uğursuz olan namizəd imtahan rüsumunu yenidən ödəyərək imtahanda təkrar iştirak edə bilər.

İki mərhələli imtahandan uğurlu olan namizədlər növbəti 2 (iki) il müddətində fəaliyyətlərinə davam edirlər.

Sertifikatların qüvvədə olma müddətinin uzadılması, dayandırılması və ya ləğv edilməsi Proseduruna əsasən sertifikatın (sənədin) növbəti 2 (iki) il müddətinə qüvvədə olma müddətini artırmaq istəyən namizədlər yenidən imtahan rüsumu ödəyirlər. Prosedur ilə saytımızdan tanış ola bilərsiniz.

Əlavə suallarınız yaranarsa bizə yaza bilərsiniz.