“Azərbaycan Akkreditasiya Mərkəzi” Publik Hüquqi Şəxs (AzAK)
“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (AzAK) akkreditasiya üzrə prinsip və qaydalara riayət olunmasını təmin edən və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiya tələblərinə cavab verməsini təsdiqləyən dövlətin səlahiyyətli, vahid milli orqanıdır.
AzAK sınaqların aparılması, kalibrləmə və inspeksiya xidmətlərinin göstərilməsi, etalon material istehsalçıları, malın (xidmətin, işin) və işçi heyətin sertifikatlaşdırılması kimi fəaliyyətləri təmin edən qurumların akkreditasiyasını "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, milli və beynəlxalq standartların, akkreditasiya üzrə beynəlxalq və regional təşkilatların sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirir.
AzAK fəaliyyəti zamanı aşağıda sadalanan standartlar, texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblər və digər normativ sənədlərdən istifadə etməklə akkreditasiya sxemlərini tətbiq edir. AzAK tərəfindən akkreditasiya sxemlərinin formalaşdırılmasına dair idarəetmə sisteminin sənədləri hazırlanıb:
- Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası üçün AZS ISO/IEC 17025
- İnspeksiya orqanlarının akkreditasiyası üçün AZS ISO/IEC 17020
- Malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumların akkreditasiyası üçün AZS ISO/IEC 17065
- İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumların akkreditasiyası üçün AZS ISO/IEC 17021-1
- İşçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumların akkreditasiyası üçün AZS ISO/IEC 17024
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılıb.
Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılıb. Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini həyata keçirib.
Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Səlahiyyət və Akkreditasiyalar
- İcazə verilmiş Akkreditasiya Sahəsi
- Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK)
- Sertifikatların qüvvədə olma müddətinin uzadılması, dayandırılması və ya ləğv edilməsi PROSEDURU
- Peşə Səriştəlilik Sertifikatının İstifadəsinə dair (MÜQAVİLƏ) (PDF)
- Şikayətlər və Etirazlar Proseduru (PDF)
- Apelyasilar Proseduru (PDF)