1. ƏHATƏ DAİRƏSİ VƏ MƏQSƏD
Bu Şərtlər, Azerbaijan Quantum and Coaching Cooperation MMC tərəfindən keçirilən müvafiq peşə üzrə səriştəlilik (peşəkarlıq) imtahanında iştirak etmək istəyən namizədlər ilə öncədən razılaşdırılır. Bu Şərtlər, Sertifikat (Sənəd) Sahibi ilə Azerbaijan Quantum and Coaching Cooperation MMC arasında, sertfikatlaşdırma prosesi və sertifikatın (sənədin) etibarlılıq müddəti ərzində riayət edilməli olan hüquq və vəzifələr, prosedurlar, öhdəliklər, sertifikatın (sənədin), loqo və ya nişanın istifadə qayda və şərtlərini əhatə edir. İmtahan üçün dolurulmuş, təqdim edilmiş Rəsmi Müraciət Forması bu şətlərin ayrılmaz tərkib hissəsidir.
2. SERTİFİKAT (SƏNƏD)
Sertifikat (Sənəd): Səriştəlilik (Peşəkarlıq) Sertifikatı (Sənədi)
3. TƏTBİQ ETMƏ
NAMİZƏDİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
Səriştəlilik (Peşəkarlıq) Sertifikatı (Sənədi) əldə etmək üçün müraciət etmiş namizəd, Rəsmi Müraciət Formasında təqdim etdiyi məlumat və sənədlərin düzgün olduğunu qəbul edir. O, natamam, aldadıcı, yalan məlumat və s. saxta sənəd təqdim etməyəcəyini öhdəsinə götürür. Şəxsi və əlaqə məlumatlarında (telefon, ünvan, e-poçt və s.) dəyişiklik baş verdiyi halda, bu barədə Sertifikatlaşdırma Orqanına məlumat vermək məcburiyyətindədir.
Namizəd, Sertifikat (sənəd) sahibi olduqdan sonra, ona verilmiş sertifikatın (sənədin) üzərindəki məlumatlarda, həmçinin şəxsi və əlaqə məlumatlarında (telefon ünvan, e-poçt və s.) dəyişiklik baş verdiyi halda dəyişilmiş məlumatları ən geci 10 (on) iş günü ərzində Sertifikatlaşdırma Orqanına təqdim edəcəyini öhdəsinə götürür.
Verilmiş sertifikatlar (sənədlər) yalnız sertifikat sahibləri üçün qüvvədədir. Sertifikatlar (sənədlər) sertifikat (sənəd) sahibi istisna olmaqla, heç bir fiziki və ya hüquqi şəxs tərəfindən istifadə edilə bilməz. Sertifikat (sənəd) yalnız sertifikat sahibi tərəfindən və sertifikatın (sənədin) etibarlılığı davam etdiyi müddət ərzində istifadə oluna bilər.
Sertifikat (sənəd) sahibi, səriştəliliyini göstərmək məqsədilə sertifikatı (sənədi) jurnal, kitab və digər nəşrlərdə, eləcə də internet məkanında istifadə edə bilər.
Sertifikat (sənəd), üzərindəki ölçü nisbətləri sabit qalmaq şərti ilə kiçildilə və ya böyüdülə bilər. Lakin üzərindəki mətnlər aydın şəkildə oxuna bilməlidir. Sertifikat (sənəd) sahibinin səriştəsini göstərmək məqsədi ilə sertifikatın (sənədin) surəti çıxardıla bilər.
Sertifikat (sənəd) yalnız müraciət edilmiş və təsdiq olunmuş sahələr üzrə istifadə edilə bilər. Əksi aşkar edildiyi təqdirdə, yazılı xəbərdarlığa baxmayaraq, sertifikatı istifadə etməyə davam edən şəxslər haqqında hüquqi tədbirlər görüləcəkdir. Şəxs bu halda hüquqi və inzibati məsuliyyəti qəbul etmiş sayılır.
Sertifikatın (sənədin) mülkiyyəti Azerbaijan Quantum and Coaching Cooperation MMC-yə məxsusdur və sertifikatlaşdırma prosedurlarına uyğunluq şərti ilə, etibarlılıq müddəti ərzində istifadə hüququ sertifikat (sənəd) sahibinə verilir. Sertifikatlaşdırma Orqanı ildə bir dəfə xəbərdarlıq etməklə, rəsmi şikayət daxil olduqda isə xəbərdarlıq etmədən sertifikat (sənəd) sahibini qiymətləndirə, yoxlaya bilər.
Sertifikatın (sənədin) nəzarəti Sertifikatlaşdırma Orqanının məsuliyyətindədir. Sertifikat (sənəd) sahibi, istədiyi halda sertifikatın (sənədin) etibarlılıq müddəti bitməmişdən əvvəl Sertifikatlaşdırma Orqanı ilə əlaqə saxlayaraq, müvafiq peşə sahəsi üzrə sertifikatının uzadılması üçün müraciət etməli, müvafiq prosesə qatılmalı və prosesi keçməlidir.
Sertifikat (sənəd) sahibi, sertifikatlaşdırılmış sahə şərtlərinə əməl etmək bacarığına mənfi təsir göstərə biləcək hər hansısa bir vəziyyətdə Sertifikatlaşdırma Orqanını dərhal məlumatlandırmalıdır. Şübhə doğuran vəziyyətlərdə: peşəni icra etməyə mane olan sağlamlıq problemləri, peşədən xaric edilmə və ya rəsmi xəbərdarlıq hallarında – məsələ Sertifikatlaşdırma Orqanı tərəfindən qiymətləndiriləcəkdir. Sertifikat (sənəd) sahibi, Sertifikatlaşdırma Orqanının qərarlarına riayət etmək öhdəliyi daşıyır.
Sertifikat (sənəd) üzərində hər hansı cırılma, zədələnmə və s. hallarında sertifikat (sənəd) sahibi onun istifadəsinə son verməli, sertifikatın yenilənməsi üçün əvvəlki sertifikat (sənəd) ilə birlikdə Sertifikatlaşdırma Orqanına müraciət etməlidir. Belə hallarda namizəd, sertifikatın əslini 15 (on beş) gün ərzində Sertifikatlaşdırma Orqanına təhvil verməlidir.
Sertifikatın (sənədin) qeyri-qanuni istifadəsindən yaranan məsuliyyət birbaşa olaraq sertifikat (sənəd) sahibinə aiddir. Sertifikat (sənəd) sahibi, sertifikatın etibarlılıq müddəti bitdikdə, və ya sertifikat dayandırıldıqda/ləğv edildikdə, onu istifadə etməyi dərhal dayandırmalıdır.
Sertifikat (sənəd) sahibi, sertifikatlaşdırma prosedurunda əlavə qiymətləndirmə tələb edən hər hansısa bir dəyişiklik baş verdiyi halda, bu yeni qiymətləndirmə şərtlərini əvvəlcədən qəbul etmiş sayılır.
Sertifikat (sənəd) sahibi, sertifikatını (sənədini) Sertifikatlaşdırma Orqanının nüfuzuna zərər verəcək şəkildə istifadə edə bilməz.
Sertifikat (sənəd) sahibinin sertifikatı (sənədi) onun əhatə dairəsindən kənar fəaliyyətlərdə istifadə etməsi, sertifikatın (sənəd) üzərində hər hansısa bir dəyişiklik etməsi, sertifikatı aldadıcı və qeyri-qanuni şəkildə istifadə etməsi, loqo/nişanların istifadə qaydalarına uyğun istifadə edilməməsi, həmçinin sertifikat (sənəd) üzərində cırılma, zədələnmə və s. halları olduqda onu istifadə etməyə davam etməsinin müəyyən edilməsi halında, Sertifikatlaşdırma Orqanı sertifikatı dayandıra, ləğv edə və ya hüquqi prosedura başlaya bilər.
Sertifikatın (sənədin) müddəti bitmiş, dayandırılmış və ya ləğv edilmiş sertifikat (sənəd) sahibləri sertifikatlarını (sənədlərini) Sertifikatlaşdırma Orqanına təhvil vermək məcburiyyətindədirlər.
Sertifikat (sənəd) sahibi sənəd üzərində heç bir dəyişiklik etməyəcəyini öhdəsinə götürür. Sertifikatın (sənədin) müddətinin bitməsi halında yenidən sənədləşdirmə tələblərini yerinə yetirə bilər.
Sertifikat (sənəd) əldə etməyə namizəd, imtahan materiallarının (suallar, cavablar və s.) məxfiliyini qoruyacağını və ya imtahan zamanı saxtakarlıq cəhdlərində iştirak etməyəcəyini öhdəsinə götürür.
Sso.az veb səhifəsində ictimaiyyətə açıq şəkildə dərc olunan Sertifikatlaşdırma İmtahan Proseduru və İmtahan Təlimatı ilə tanışdır.
Sertifikatlaşdırma İmtahan Proseduruna əsasən həyata keçirilən sənədləşdirmə ilə bağlı namizədin 10 (on) gün ərzində etiraz etmək hüququ vardır. Səriştəlilik (Peşəkarlıq) Sertifikatı əldə etməyə haqq qazanan namizəd, Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin sso.az veb səhifəsində ictimaiyyətə açıq şəkildə dərc olunan Şikayətlər və Etirazlar Prosedurunu oxuyur və orada göstərilən şərtləri qəbul etmiş sayılır.
Sertifikatlaşdırma İmtahan Proseduruna əsasən həyata keçirilən sənədləşdirmə ilə bağlı namizədin 10 (on) gün ərzində etiraz etmək hüququ vardır. Səriştəlilik (Peşəkarlıq) Sertifikatı əldə etməyə haqq qazanan namizəd, Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin sso.az veb səhifəsində ictimaiyyətə açıq şəkildə dərc olunan Şikayətlər və Etirazlar Prosedurunu oxuyur və orada göstərilən şərtləri qəbul etmiş sayılır.
Sertifikat (sənəd) sahibi və ya çalışdıqları təşkilat sənədin qüvvədə olduğu müddət ərzində bu müqavilə şərtlərinə əməl etməyə borcludurlar.
Sertifikat (sənəd) sahibi və ya çalışdıqları təşkilat sənədin qüvvədə olduğu müddət ərzində bu müqavilə şərtlərinə əməl etməyə borcludurlar.
SERTİFİKATLAŞDIRMA ORQANININ HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
Sertifikatlaşdırma Orqanı bütün sertifikatlaşdırma proseslərini məxfilik, qərəzsizlik, bərabərlik və müstəqillik prinsipləri çərçivəsində həyata keçirməyi, eləcə də namizədlər arasında heç bir şəxsə üstünlük verməyəcəyini öhdəsinə götürür.
İmtahan və sertifikatlaşdırma prosesləri ilə bağlı bütün etiraz və şikayətlərin qərəzsiz və vaxtında qiymətləndirilməsini təmin edir.
Loqo və ya nişanlardan istifadə şərtləri, namizədlər və sertifikat (sənəd) sahibləri üçün əlçatanlıq baxımından vebsaytda elan edilib. Sertifikatlaşdırma Orqanı, sertifikatın (sənədin) dayandırılması və ya ləğv edilməsi ilə bağlı qərarları, məxfilik siyasətinə sadiq qalmaq şərtilə, sso.az veb ünvanında əsaslandırılmış şəkildə yayımlaya bilər.
Sertifikatların (sənədlərin) qüvvədə olduğu müddətdə nəzarət, sənədin əhatə dairəsinin dəyişdirilməsi, dayandırılması/ləğvi, yenidən sertifikatlaşdırma və sertifikat proqramı şərtlərindəki dəyişikliklər barədə Sertifikatlaşdırma Orqanı tərəfindən sertifikat (sənəd) sahibinə məlumat veriləcəkdir.
Sertifikat (sənəd) sahibinin yeni şərtləri tətbiq edə bilməsi üçün qanunvericiliyə zidd olmamaq və ədalətsiz rəqabət yaratmamaq şərtilə münasib keçid dövrü təqdim ediləcək və bu müddətin sonuna qədər sənədin etibarlılığı davam etdiriləcəkdir.
Sertifikatlaşdırma Orqanı, sertifikat (sənəd) sahibi ilə bağlı əldə etdiyi məlumat və sənədləri qanuni məcburiyyət olmadıqca, sertifikat (sənəd) sahibinin yazılı icazəsi olmadan heç bir şəxs və ya qurumla paylaşmayacaq və məxfiliyin qorunması üçün bütün tədbirlərin görüləcəyini öhdəsinə götürür.
Sertifikatlaşdırma Orqanı, sertifikat (sənəd) sahibi ilə bağlı əldə etdiyi məlumat və sənədləri qanuni məcburiyyət olmadıqca, sertifikat (sənəd) sahibinin yazılı icazəsi olmadan heç bir şəxs və ya qurumla paylaşmayacaq və məxfiliyin qorunması üçün bütün tədbirlərin görüləcəyini öhdəsinə götürür.
Sertifikatlaşdırma Orqanı sertifikatların (sənədlərin) icazə verilən fəaliyyət sahəsindən kənar istifadə, həmçinin sertifikat (sənəd) sahibləri ilə bağlı yarana biləcək zərər, itki, aldadıcı bəyanatlar, cəzalar və təzminatlara görə heç bir məsuliyyət və öhdəlik daşımır.
Namizədin/Sertifikat (sənəd) sahibinin imtahan materiallarının məxfiliyinə riayət etməməsi və imtahanda saxtakarlıq cəhdlərində iştirakı hallarında, Sertifikatlaşdırma Orqanı sertifikatlaşdırma prosesini dayandıra, ləğv edə və/və ya qanuni prosedura başlaya bilər.
Namizədin/Sertifikat (sənəd) sahibinin imtahan materiallarının məxfiliyinə riayət etməməsi və imtahanda saxtakarlıq cəhdlərində iştirakı hallarında, Sertifikatlaşdırma Orqanı sertifikatlaşdırma prosesini dayandıra, ləğv edə və/və ya qanuni prosedura başlaya bilər.
Aparılan daxili və xarici yoxlamalar zamanı imtahanların uyğun şəkildə keçirilmədiyi aşkar olunduqda və bu səbəbdən Azərbaycan Akreditasiya Mərkəzi (AzAK) tərəfindən imtahanlar ləğv olunarsa, namizədlər haqqlarını itirmədən və əlavə ödəniş etmədən, keçiriləcək növbəti imtahanda yenidən iştirak edə bilərlər.
Sertifikatın (sənədin) etibarlılıq müddəti başa çatdıqda, sənədini yeniləmək istəyən şəxslər Sertifikatlaşdırma Orqanına müraciət edə bilər. Müraciətdən sonra sənədin yenilənməsi prosesi Sertifikatlaşdırma Orqanı tərəfindən müvafiq prosedura uyğun olaraq həyata keçiriləcək.
5. ŞƏRTLƏR İLƏ RAZILIQ
İmtahanlarda iştirak etmək üçün Rəsmi Müraciət Formasını dolduran namizədlər Sertifikatlaşdırma Orqanı ilə qeyd edilmiş şərtlərdə razılığa gələrək sertifikatlaşdırma prosesini davam edirlər.