Həftə içi, saat 9:00-dan 18:00-dək
we are committed to delivering innovative solutions that drive growth and add value to our clients. With a team of experienced professionals and a passion for excellence.

Follow us

Drag

Sertifikat, Marka və Loqodan İstifadə Proseduru

Sertifikat, Marka və Loqodan istifadə Proseduru

ÜMUMİ TƏTBİQ

Azerbaijan Quantum and Coaching Cooperation MMC-nin Sertifikatlaşdırma Orqanı (bundan sonra, sertifikatlaşdırma Orqanı) tərəfindən verilmiş sertifikat, yalnız müraciət edilən və təsdiqlənmiş sahə üzrə istifadə oluna bilər.

Sertifikata uyğun olmayan istinadların edilməsi və ya sertifikatların, nişanların/loqoların nəşrlərdə, kataloqlarda və s. aldadıcı şəkildə istifadəsi qadağandır. Verilən sertifikatlar yalnız müraciət edən şəxslə bağlı olmalıdır, eləcə də şirkət və ya məhsul sertifikatı təsiri yaradacaq şəkildə istifadə edilə bilməz. Əks halda, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, bu qaydalara əməl etməyərək istifadəni davam etdirən şəxslər barəsində hüquqi tədbirlər görüləcəkdir.

SERTİFİKATIN İSTİFADƏSİ

Sertifikat yalnız sertifikat sahibi tərəfindən istifadə edilə bilər. Heç bir başqa fiziki və ya hüquqi şəxs bu sənəddən istifadə edə bilməz. Sertifikat, yalnız sənəddə adı qeyd edilən şəxsin istifadəsindədir və heç bir halda başqa bir şəxsə ötürülə bilməz. Sertifikatın üçüncü şəxslər tərəfindən icazəsiz istifadəsindən yaranan məsuliyyət, istifadə edən şəxsə aiddir.

Sertifikat sahibi sənəd üzərində heç bir dəyişiklik edə bilməz. Əgər sertifikatda cırılma və ya oxunmasını çətinləşdirən zədələnmə baş verərsə, həmin halda sənədin istifadəsi dayandırılmalı və yeni sertifikat üçün köhnə sənədlə birlikdə müraciət edilməlidir.

Sertifikatın dayandırılması və ya etibarlılıq müddətinin bitməsi halında sənəd etibarsız hesab olunur. Sertifikatın hansı hallarda dayandırılacağı Sertifikatlaşdırma Orqanının “Sertifikatların qüvvədə olma müddətinin uzadılması, dayandırılması və ya ləğv edilməsi” Proseduru ilə müəyyən edilmişdir.

Sertifikat sahibi sənəd üzərində heç bir dəyişiklik edə bilməz. Əgər sertifikatda cırılma və ya oxunmasını çətinləşdirən zədələnmə baş verərsə, həmin halda sənədin istifadəsi dayandırılmalıdır. Sənədin yenilənməsi və ya yenidən rəsmiləşdirilməsi üçün Sertifikatlaşdırma Orqanına köhnə sənədlə birlikdə yazılı müraciət edilməlidir.

Sertifikat, ölçülərin nisbətini qorumaq şərti ilə kiçildilə və ya böyüdülə bilər. Ancaq sənəddəki yazıların oxunaqlılığı təmin edilməlidir. Sertifikat, sahibinin müvafiq sahədə səriştəliliyini göstərmək məqsədi ilə çoxaldıla bilər.

Sertifikat, sahibi tərəfindən jurnallarda, kitab nəşrlərində və ya internet məkanında ixtisas sahəsində səriştəliliyini göstərmək məqsədilə istifadə edilə bilər.

Sertifikat üzərindəki loqolar/nişanlar heç bir halda təkbaşına səriştəlilik göstəricisi kimi istifadə edilə bilməz. Eyni zamanda, sertifikatın heç bir hissəsi ayrı-ayrılıqda istifadə edilə, çoxaldıla və ya dərc edilə bilməz.

LOGO/MARKA İSTİFADƏSİ

AzAK akreditasiya nişanı, yalnız AzAK tərəfindən “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadəyə dair Prosedur” (AzAK P014/03.07.2024) sənədinin son versiyasına əsasən yalnız Sertifikatlaşdırılmış Orqanlar tərəfindən istifadə oluna bilər. Bu sənədin cari formasına AZAK – Azərbaycan Akkreditasiya Mərkəzi  ünvanından baxa bilərsiniz.

Azerbaijan Quantum and Coaching Cooperation MMC–logo/nişanı;

Sertifikatlaşdırılmış şəxslər və onların çalışdığı təşkilatlar tərəfindən çap və ya elektron mühitdə reklam məqsədilə, tanıtım broşürləri, məhsul/xidmət kataloqları və iş hesabatlarında, yalnız sertifikatlaşdırma sahəsi daxilindəki fəaliyyət sahələrində istifadə oluna bilər.

Azerbaijan Quantum and Coaching Cooperation MMC–logo/nişanından istifadə edildiyi bütün yerlərdə bu logo/nişanın məhsula/xidmətə aid olmadığı, yalnız xidməti təqdim edən şəxsə (sertifikat nömrəsi ilə birlikdə) aid olduğu qeyd edilməlidir.

Azerbaijan Quantum and Coaching Cooperation MMC–logo/nişanların ölçüləri, oxunaqlığı pozulmadan və ölçü nisbəti qorunmaqla kiçildilə və ya böyüdülə bilər.

Azerbaijan Quantum and Coaching Cooperation MMC–logo/nişanı, vizit kartlarda istifadə edilə bilməz. Vizit kartlar üzərində şəxsin sertifikatı ilə bağlı heç bir istinad ola bilməz. Heç bir məhsul üzərində istifadə edilə bilməz.

Sertifikatlaşdırma Orqanı tərəfindən verilmiş sertifikatın etibarlılıq müddətinin sona çatması, dayandırılması, geri götürülməsi və ya ləğvi halında, sertifikatlaşdırılmış şəxs və ya onların çalışdıqları təşkilat logo/nişandan istifadəsini dayandırmalıdır.

MƏSULİYYƏT VƏ SƏLAHİYYƏTLƏR

Azerbaijan Quantum and Coaching Cooperation MMC–logo/nişanlarının qanunsuz istifadəsi nəticəsində yarana biləcək bütün məsuliyyət sertifikat (sənəd) sahibi olan şəxsə məxsusdur. Sertifikatı dayandırılmış, geri götürülmüş və ya ləğv edilmiş şəxslər, Azerbaijan Quantum and Coaching Cooperation MMC–logo/nişanından istifadə etməyi və ona istinad etməyi dayandırmağa məsuldur.